Paytaxtın bir neçə küçəsində, şosesində, küçələrin kəsişməsində güclü tıxac yaranıb.
Teleqraf.com Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, Bakının Cəfər Xəndan-Ağasadıq Gəraybəyli-Səttar Bəhlulzadə küçələrinin kəsişməsində avtomobillərin intensiv hərəkəti müşahidə edilir. Bununla yanaşı Bakı-Sumqayıt şosesində, Bibiheybət yoluna da güclü tıxaclar müşahidə edilir.
Eyni zamanda, Ceyhun Səlimov, Xudu Məmmədov və Cavadxan küçələrində hərəkət məhdudlaşdırılıb.