24 Avqust 2015 12:55
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir Şəhər Polis Şöbəsinin baş leytenantı Şahlar Şahlarzadənin hansı ittihamla həbs edilməsi məlum olub.


Mingəçevir ŞPİ-nin rəisi, polis polkovniki Ələsgər Bədəlov Axar.az-a açıqlamasında təsdiqləyib ki, Ş.Şahlarzadəyə 125.1.6 (özünü ölüm həddinə çatdırma) və 308. 3.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi açılıb. Hazırda barəsində 4 aylıq həbs müddəti seçilən polis baş leytenantının cinayət işi Baş Prokurorluğun nəzarətindədir.

Xatırladaq ki, DİN-in rəsmi açıqlamasında polis baş leytenantı Şahlar Şahlarzadənin cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozaraq Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi və sayıqlığını itirməsinin ağır nəticəyə (B.Hacıyevin ölümünə) səbəb olduğu bildirilirdi. Daxili təhqiqatın yekununa əsasən, Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə polis baş leytenantı Şahlar Şahlarzadə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdi.


Müəllif:

Oxşar xəbərlər