31 Avqust 2015 16:49
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandakı Dağ yəhudiləri icmasında dünya yəhudilərinin qeyd edəcəyi Yeni il bayramı – “Roş-Ha-Şana” münasibəti ilə bayram öncəsi hazırlıq tədbirlərinə start verilib.

Teleqraf.com-un məlumatına görə, dünya yəhudiləri “Roş-Ha-Şana” bayramını cari ilin sentyabrın 14-də (Yəhudi təqviminə görə yeni 5776-cı il qədəm qoyacaq) qeyd edəcək. Artıq dördüncü ildir ki, Azərbaycandakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevin təşəbbüsü və təşkilatçılığı ilə icmanın az təminatlı üzvlərinə ərzaq çeşidlərindən ibarət yardım edilir. Bu il də “Roş-Ha-Şana” bayramı ərəfəsində 300 ailəyə ərzaq paketi (düyü, qənd, şam, yağ, çay, bal, yumurta, alma, koşer toyuğu) təqdim olunacaq. Bayram sovqatları arasında bal və almanın yer alması təsadüfi deyil.

Minilliklərdən çatan ənənəyə görə, alma bala batırılır və bu, növbəti ilin bal kimi şirin, eləcə də süfrələrin ruzi-bərəkətli olması mənasını verir. Qeyd etmək lazımdır ki, oxşar ərzaq yardımı yəhudilərin yaz ayında qeyd etdiyi müqəddəs “Pesax” bayramında da təşkil olunur.

Dağ yəhudiləri icmasının həyatında daha bir yenilik baş verib. Belə ki, Yasamal rayonu ərazisində yerləşən “Qurd qapı” sı adlanan qəbristanlığın yəhudi hissəsində dəfn mərasiminin (meyidin yuyulması və kəfənlənməsi) təşkili üçün nəzərdə tutulan xüsusi tikili binanın sentyabrın 1-də tikilməsinə başlanacaq. Milix Yevdayevin təşəbbüsü ilə inşa edilən sözügedən binandan bütün yəhudilər (dağ yəhudiləri, Avropa və gürcü yəhudiləri) istifadə edə biləcəklər. Qeyd edək ki, buna kimi dağ yəhudilərin özlərinin ayrıca belə bir xidməti fəaliyyət göstərməyib. Xidmət ödənişsiz olacaq.

Yeni 5776-cı ilin gəlişi münasibəti ilə dağ yəhudiləri sinaqoqunda böyük bayram süfrəsi açılacaq. Bayram duaları oxunacaq, şənliklər təşkil olunacaq. Tədbirə İsrailin Azərbaycandakı səfiri, millət vəkilləri və ictimaiyyət nümayəndələri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevin sözlərinə görə, “Roş-Ha-Şana” özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirən bayramdır. Bu gün Azərbaycan etnik-mədəni müxtəlifliyin, multikulturalist ənənələrin qorunub saxlandığı, ayrı-ayrı dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və etimad şəraitinin mövcud olduğu nadir məkanlardandır. Azərbaycan cəmiyyətində yəhudi icmasının özünəməxsus yeri vardır. M.Yevdayev məmnuniyyətlə qeyd edir ki, yəhudi əsilli Azərbaycan vətəndaşları hazırda böyük inkişaf və tərəqqi yüksəlişini yaşayan doğma Azərbaycanımızın ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edir, hüquqi dövlət quruculuğu prosesində fəal mövqe nümayiş etdirirlər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər