1 Sentyabr 2015 17:52
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 1-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin sədrliyi ilə Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilmişdir.

Nazirlər Kabinetindən Teleqraf.com-a verilən məlumata görə, iclası giriş sözü ilə açan Baş nazir Artur Rasi-zadə bildirdi ki, gələn ilin dövlət büdcəsi layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə aparılan iqtisadi siyasətin nəticəsində əldə olunmuş uğurlar və müsbət inkişaf templəri, həmçinin son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslərdə müşahidə olunan dəyişkənliklər nəzərə alınmaqla tərtib edilmişdir. Layihənin hazırlanmasında dövlət büdcəsinin sosial yönümlü olması əsas götürülərək, respublika əhalisinin maddi rifahının daim yaxşılaşdırılması, ölkəmizin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafına dəstək kimi mühüm amillərə xüsusi diqqət yetirilmişdir.

Sonra Azərbaycan respublikasının maliyyə naziri Samir Şərifov və Azərbaycan Respublikasınını iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış etdilər.

Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrin yekununda "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edildi.


Müəllif:

Oxşar xəbərlər