Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən Komanda Qərargah Hərbi Oyunlarının planına uyğun olaraq sentyabrın 8-də təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin irimiqyaslı yerdəyişməsi həyata keçirilib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, təlimlərin ssenarisinə əsasən qoşunlar planlı şəkildə müəyyən edilmiş marşrutlar üzrə hərəkət edərək daimi dislokasiya yerlərindən təlimlərin keçirildiyi bölgələrdəki cəmləşmə rayonlarına toplanıb.
BƏXTİYAR