Məkkədə baş vermiş insidentdə zərər çəkənlər arasında Azərbaycan Respublikası vətəndaşlarının olması Səudiyyə Ərəbistanındakı səfirliyimiz tərəfindən bu ölkənin rəsmi dövlət qurumları ilə araşdırılır.
Bunu Teleqraf.com-a XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
"Məscidül-Həram"ın genişləndirilməsi işləri zamanı qaldırıcı kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər xasarət alıb.
Bundan əvvəl 87 nəfərin öldüyü, 183 nəfərin xasarət aldığı bildirilirdi.
Hazırda xilasedicilər və təcili tibbi yardım briqadası hadisə yerindədirlər.