Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar Ermənistandan qaçaraq Azərbaycana gəlib və siyasi sığınacaq istəyib.
Teleqraf.com xəbər verir ki, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bununla bağlı özünün Facebook səhifəsində status paylaşıb. O, qeyd edib ki, Ermənistan siyasətçisinin Azərbaycana pənah gətirməsində hüquq müdafiəçisi Novella Cəfəroğlunun rol olub: “ Bu gün ölkə mediasi xəbər yaydı ki, Ermənistan müxalifətinin lideri Azərbaycana gəlib və dövlətimizdən sığınacaq istəyib. Və bu işdə hüquq müdafiəçisi Novella Cəfəroğlunun rolu olub. Çox yaxşı. Ancaq Leyla Yunus Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələrini və digər şəxsləri "xalq diplomatiysı" adı ilə Ermənistana aparırdı. Onları Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları ilə tanış edirdi. Erməni lobbisi də Leyla Yunusun bu layhiəsini ( Ermənistanın layihəsini) bütün dünyaya göstərirdi ki,"artıq azərbaycanlılar Ermənistana səfər edirlər və Qarabağ məsələsi ilə razılaşırlar". Leyla Yunus birmənalı şəkildə Azərbaycan dövlətinin milli maraqlarını satan bir şəxsdir...Növella xanımla Leyla Yunusu müqayisə etməyim, ola bilsin ki, qusurlu müqayisədir. Sadəcə bu fərqi yazmaya da bilməzdim...”