24 Sentyabr 2015 18:27
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

“BAXCP İdarə Heyətinin qərarı ilə deputatlığa namizədliyim 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən irəli sürüldü. Artıq bu gün BAXCP-nin səlahiyyətli nümayəndəsi tələb olunan sənədləri 44 saylı Sumqayıt-Xızı Dairə Seçki Komissiyasına təqdim edib və sənədlərin qəbul olunması ilə bağlı arayış alıb”.

Bunu Teleraf.com-a BAXCP sədrinin siyasi və ictimai məsələr üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, bundan sonra Dairə Seçki Komissiyasının qərarını gözləyəcək: "Qanunla 5 gün müddətində baxılmalıdır. İmza vərəqəsi verilən günü imza toplama kampaniyasını aparacağıq. BAXCP-nin Sumqayıt şəhərində çox güclü bazası var. İnanıram ki, qısa müddət ərzində tələb olunan 500 imzanı toplayacağıq.”

Qeyd edək ki, 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən YAP-ın namizədi Əsgərov Nurlan Bəşir oğludur.


Müəllif:

Oxşar xəbərlər