Azərbaycanlı iş adamı, 32 yaşlı Zülfüqar Əsədov Rusiyanın Volqoqrad şəhərində güllələnib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində Z.Əsədov həyatını itirib.
Məlumatlara görə, qatil Z.Əsədovu özünə məxsus "Lexus" markalı avtomobilində öldürüb. Baş verənlər avtomobildə yerləşdirilmiş təhlükəsizlik kamerasına əks olunub. Hadisə zamanı iş adamının mühafizəçisi də avtomobildə olub. Qatil avtomat silahdan atəş açıb və qətldən sonra "Jiquli" markalı avtomobillə hadisə yerindən uzaqlaşıb.
Bu arada Volqoqrad məhkəməsi 2014-cü ilin iyununda Z.Əsədova sui-qəsdin sifarişçisi və icraçısına hökm oxuyub. Məhkəmə cinayəti tam sübuta yetirilmiş hesab edərək, sifarişçi olan iki qardaşdan birinə 14, digərinə isə 13 il həbs cəzası verib. Onların adı açıqlanmır. Qətlin icraçısı 15 il, sürücü isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Teleqraf.com Z.Əsədovun avtomobilindəki təhlükəsizlik kamerasına əks olunmuş görüntüləri təqdim edir:
Samir