29 Sentyabr 2015 16:17
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi bəzi yerli KİV-ləri erməni tərəfinin xüsusi təbliğat fəaliyyətində iştirak etməkdən çəkinməyə çağırır

“Ermənistanın bəzi elekton kütləvi informasiya vasitələri tərəfindən guya sentyabrın 28-də həlak olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ad və soyadları da göstərilməklə yayılmış məlumatın heç bir əsası yoxdur”.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib. Nazirlik əlavə edib ki, bu kimi ucuz, tam cəfəng xarakterli məlumatlar yalnız erməni ictimaiyyətini aldatmaq məqsədi daşıyır və bir daha sübut edir ki, düşmən tərəfi mənəvi-psixoloji cəhətdən düşkün vəziyyətdədir: “Rəsmi olaraq bildiririk ki, adları siyahıda göstərilən şəxslər ümumiyyətlə Silahlı Qüvvələrimizdə yoxdur.

Müdafiə Nazirliyi cəbhədə baş verən hadisələr barədə ictimaiyyətə mütəmadi xəbər verir və son günlər qoşunların təmas xəttində gedən döyüşlərdə şəhid olanlar barədə də tərəfimizdən rəsmi məlumatlar verilib.

Bildiririk ki, bu kimi xəbərlər erməni tərəfinin xüsusi təbliğatının bir hissəsidir və bəzi yerli elekton kütləvi informasiya vasitələri də bu fəaliyyətlərdə iştiraka qoşulurlar. Müdafiə Nazirliyi erməni tərəfinin və onların məlumatlarını tirajlayan, sensasiya ardınca qaçan bəzi yerli KİV orqanlarının sayıqlamalarına da şərh verməyəcəkdir.

Bu səbəbdən də bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrindən düşmən təxribatlarına uymamağı və yalnız dəqiqləşdirilmiş rəsmi məlumatları yaymağı tövsiyə edirik”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər