Bakıda daha bir polis rəisi işdən çıxarılıb.
APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubovəmr imzalayıb. Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, son günlər Bakıda bir sıra polis bölmələrinin rəisləri dəyişdirilib.