28 Oktyabr 2015 11:51
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda qeyri-dövlət pensiya fondlarının yaradılması üçün hazırlanan qanunvericilik layihəsi üzrə işlər bu ilin noyabrında başa çatacaq. Ekspertlər beynəlxalq təcrübəyə əsaslanmaqla qrafikə uyğun şəkildə qanunvericilik layihəsini hazırlayıb ilin sonuna qədər hökumətə təqdim etməlidir".

Teleqraf.com-un məlumatına görə, bunu jurnlistlərə açıqlamasında Dövlət sosial müdafiə fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.

Fond sədri qeyd edib ki, hazırda bu istiqamətdə görülən işlər qrafikə uyğun sürətlə davam edir. Layihənin təsdiqlənməsindən sonra qanunvericiliyə uyğun şəkildə növbəti mərhələlərə start veriləcək.

Elman Mehdiyev bildirib ki, ötən dövrdə layihə üzrə ekspertlər qrupu kompleks araşdırma aparıb, beynəlxalq təcrübə və Azərbaycanda mövcud iqtisadi və demokrafik vəziyyət, qanunvericilik, maliyyə və sığorta-pensiya sistemini öyrənib, yığım komponentinin tətbiqi, eləcə də qeyri-dövlət pensiya institutlarının fəaliyyəti ilə bağlı qanunvericiliyin çərçivə planları, aidiyyəti qanun layihələri hazırlanıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər