31 Oktyabr 2015 11:47
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 27-də Azərbaycan və Ermənistan qoşunlarının təmas keçirilən monitorinq zamanı atəşkəs rejiminin pozulmasına baxmayaraq, ATƏT-nin Minsk qrupu Ermənistan tərəfinin atəşkəsi pozması haqda rəsmi bəyanat verməyib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir.

Məlumatda bildirilir ki, 27 oktyabr 2015-ci ildə əldə olunmuş ilkin razılığa əsasən ATƏT-nin Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti üzərindən Azərbaycanın işğal olunmuş ərazilərindən Azərbaycan ordusunun nəzarət etdiyi ərazilərə keçiblər. Məhz bu vaxt ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun səhra zabitləri Tərtər və Ağdərə (Azərbaycan Respublikasının Tərtər rayonu) arasındakı yolda atəşkəsin monitorinqi üzrə təlim keçirirdilər. ATƏT heyətinin təhlükəsizliyini təmin etmək üçün tədbirlərin görülməsinə dair əvvəlcədən razılığın əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilən işğal olunmuş ərazilərdən Azərbaycan Respublikası silahlı qüvvələrinin mövqeləri istiqamətinə təkrar atəşlər açılıb. Bu insident ATƏT-in monitorinq heyətini Azərbaycan Respublikası silahlı qüvvələrinin mühafizəsinə sığınmağa vadar edib.

Bu insident zamanı hadisə yerində olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələrinin ifadələrinə görə, ATƏT heyəti atəşi dayandırmaq və atəş açmamaq üçün zəmanətləri yeniləmək məqsədilə qarşı tərəflə əlaqəyə çıxıb. Mənbənin və atəşin açıldığı istiqamətin aydın şəkildə bəlli olmasına baxmayaraq, həmsədrlərin 29 oktyabr 2015-ci il tarixli bəyanatında bu insidentin müvafiq qaydada əks etdirilməməsi və atəşi pozan tərəfin adının qeyd olunmaması təəssüf doğurur. Amma bu Ermənistan tərəfini törətdiyi bu və digər çoxsaylı təxribatlarına görə məsuliyyətdən azad etmir.

Azərbaycan Respublikası bu insidentin münaqişənin həlli istiqamətində olan səylərin pozulmasına qarşı qəsdən törədilmiş cəhd olmasına dair həmsədrlərin qiymətləndirməsini bölüşür. Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, son illər ərzində və xüsusilə 2015-ci ilin yanvarından etibarən Ermənistan tərəfindən atəşkəsin pozulması və silahlı təxribatların törədilməsinin tezliyi daha da artıb və daha zorakı xarakter alaraq, qadın və uşaqlar daxil olmaqla, mülki Azərbaycan əhalisi arasında ölümlərə və xəsarətalma hallarına səbəb olub. 2015-ci ilin sentyabrında Nyu-Yorkda danışıqların növbəti mərhələsindən əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən xüsusilə qoşunların təmas xətti boyunca yaşayan mülki Azərbaycan əhalisini hədəfə almaqla, böyük kalibrli avtomatik silahlar, mina atanlar və artilleriya vasitələrindən istifadə edərək atəşkəsin pozulması dramatik şəkildə intensivləşdirilib.

Xatırlatmaq yerinə düşər ki, Fransa Respublikasının Prezidenti Fransua Olland tərəfindən Azərbaycan və Ermənistan Prezidentlərinin 27 oktyabr 2014-cü ildə Parisdə təşkil olunmuş növbəti danışıqlarından sonra 6 noyabr 2014-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlimlərə başlayıb. 12 noyabr 2014-cü ildə Ermənistan silahlı qüvvələrinin təlimlərdə iştirak edən iki ədəd “Mi-24” hücum helikopteri Azərbaycanın işğal olunmuş Ağdam rayonu yaxınlığında Azərbaycan silahlı qüvvələrinin yaxın ətrafına yan alıb və hücum manevrləri edib. Bu hücuma cavab olaraq, helikopterlərdən biri vurulub.

Ermənistan tərəfinin davamlı və qəsdli təxribatları gərgin vəziyyət yaratmaq, münaqişənin siyasi həlli istiqamətində olan səyləri pozmaq və işğala əsaslanan status kvonu möhkəmləndirmək kimi açıq məqsəd güdür.

Azərbaycan Respublikası bir daha Ermənistan tərəfindən təxribatlara son qoymasını, münaqişənin həlli prosesində konstruktiv mövqe nümayiş etdirməsini, beynəlxalq öhdəliklərinə əməl etməsini və Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmasını tələb edir.


Müəllif:

Oxşar xəbərlər