18 Noyabr 2015 15:01
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təmas xəttini 22 mart 2015-ci il tarixdə keçən erməni əsgər bu gün, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb.

BQXK-dan Teleqraf.com-a verilən məlumata görə, təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlıgıinda baş vermişdir.

BQXK, saxlandığı dövr ərzində bu şəxsə mütəmadi olaraq baş çəkərək onun saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirmiş və ailəsi ilə əlaqə yaradılmasında yardimçı olmuşdur.

Azərbaycan tərəfinin qərarından sonra BQXK, neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq və bütün tərəflərlə əməkdaşlıq şəraitində bu qaytarılmanın həyata keçirilməsinə yardımçı oldu. Əməliyyatdan əvvəl BQXK-nın nümayəndələri bu hərbi əsirə baş çəkərkən o, geri dönmək arzusunu bildirmişdir.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.


Müəllif: