3 Dekabr 2015 16:07
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatda deyilir:

"Biz, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətinin rəhbərləri - Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri, Fransanın Avropa məsələləri üzrə katibi Harlem Desir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik öhdədliklərimizə sadiq qalırıq.

Biz Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçiriləcək görüşü alqışlayırıq. Tərəflər Soçi, Ules və Paris zirvə görüşləri ətrafında müzakirələri davam etdirməli və 2016-cı ildə daha intensiv dialoqlar üçün fikir mübadiləsi aparmaldır. Bu il ümumilikdə qoşunların təmas xəttində status-kvo qeyri-sabit olub. Biz xüsusilə minaatan və digər ağır silahların tətbiqini pisləyirik və dinc sakinlərin həlak olmasına təəssüflənirik. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Biz gərginliyin azadılması üçün tərəflərə müraciət edirik".

Bəyanat müəllifləri itkin düşmüş şəxslərlə bağlı informasiya mübadiləsinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında həyata keçirilməsini alqışlayır: "Azərbaycan hakimiyyətinin Qoşunların Təmas Xəttini pozan erməni əsgəri və mülki vətəndaşı Ermənistana qaytarması humanitar öhdəliklərə uyğun addım idi. Biz tərəfləri Azərbaycan, Ermənistan və Rusiya prezidentləri tərəfindən 2010-cu il oktyabrında verilmiş Həştərxan bəyənnaməsi çərçivəsində bütün əsirləri qaytarmağa çağırırıq. Həmçinin qonşu azərbaycanlı və erməni xalqlar arasında etimad yaratmaq üçün də dialoq olmalıdır. Biz tərəfləri münaqişədən əziyyət çəkən insanları bir yerə toplayan proqramları dəstəkləməklə bağlı həmsədrlərlə işləməyə çağırırıq.

Yola saldığmız ildə biz həmsədrlərə və Minsk qrupu formatına daha intensiv itthamların şahidi olduq. Bir daha qeyd edirik ki, Minsk qrupu tərəflərin qəbul etdiyi yeganə formatdır və ATƏT-ə üzv bütün ölkələrin etibarını qazanıb. Sülh danışıqları prosesində uğursuzluqla bağlı Minsk qrupu həmsədrlərinə qarşı istənilən ittiham sülh prosesinə mane olan əsas elementi - Azərbaycan və Ermənistan prezidentlərinin sülh yolu ilə həll prosesinə çatmaqla bağlı siyasi iradə göstərməməsini ört-basdır etməkdir.

Həmsədrlər Minsk qrupu prosesini dəstəkləməkdə maraqlı olan beynəlxalq və regional təşkilatları məlumatlandırmaqda davam edəcək. Biz ümumi məqsədimiz olan davamlı sülhə nail olmaq üçün tərəflərlə sıx işləməyə hazır olduğumuzu bir daha bəyan edirik".

Samir


Müəllif:

Oxşar xəbərlər