Cari ilin noyabrında Qırğız Respublikasının Oş vilayətində baş vermiş güclü zəlzələ dağıntılara səbəb olub, infrastruktura ziyan dəyib.
Teleqraf.com-un xəbərinə görə, baş verən təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Qırğız hökuməti Azərbaycana rəsmi müraciət edib.
Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi hazırda təbii fəlakət zonasına bir milyon manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür.