Düşmən tərəfindən açılan atəş nəticəsində Silahlı Qüvvələrimizin zabiti baş leytenant Mollayev Abdulla Molla oğlu ağır yaralanıb.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yaralı zabit hospitala çatdırılaraq əməliyyat olunub. Ancaq buna baxmayaraq hərbi qulluqçu vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
BƏXTİYAR