"Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşənlərin axtarışları sabah müvəqqəti olaraq dayandırılacaq.
Teleqraf.com-un məlumatına görə, bunu “Azneft” İstehsalat Birliyinin (İB) baş direktorunun müavini, baş mühəndis Balamirzə Ağarəhimov Xəzər dənizindəki “Günəşli” yatağında baş vermiş qəzalarla əlaqədar “Azneft” İB-də yaradılmış qərargahda keçirilən mətbuat konfransında bildirib.
“Hava şəraitinin pisləşməsi ilə əlaqədar sabah gəmilərlə axtarış müvəqqəti olaraq dayandırılacaq və hava şəraiti düzələndən sonra yenidən davam etdiriləcək. Helikopterlərin axtarışları davam etdirib-etdirməyəcəyi Fövqəladə Hallar Nazirliyinin qərarından asılı olacaq”.
İlhamə