“Günəşli” yatağında yanğın hələ də davam edir”.
Bunu “Azneft” İstehsalat Birliyinin (İB) baş direktorunun müavini, baş mühəndis Balamirzə Ağarəhimov Xəzər dənizindəki “Günəşli” yatağında baş vermiş qəzalarla əlaqədar “Azneft” İB-də yaradılmış qərargahda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hava şəraitinin pis keçməsinə baxmayaraq, hazırda FHN-nin və Dövlət Neft Şirkəti tərəfindən AZAL-dan götürülən helikopterlər axtarış işlərini davam etdirir. B.Ağarəhimov deyib ki, sualtı axtarışlar müvəqqəti olaraq dayandırılıb: “Çünki hazırda dənizdə küləyin sürəti 18-30 metr təşkil edir. Bu cür hava şəraitində sualtı axtarışlar aparmaq əlverişli deyil. Hazırda yanğının söndürülməsi üçün 5 gəmi platformanın ətrafındadır”.
İlhamə Əbülfət