Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə Azәrbaycan-İsrail münasibətləri, xaricdəki Azərbaycan və İsrail diasporlarının əməkdaşlığı, Yaxın Şərqdəki vəziyyət, Suriya ətrafında cərəyan edən hadisələr, Cənubi Qafqaz regionundakı konfliktlər müzakirə olunub. Asim Mollazadə cənab Stava DİP-in fəaliyyəti barədə ətraflı məlumat verib.
Nemət