Bakı Ağır Cinayətlər Məhkəməsində dustaq yoldaşının sağlamlığına ağır zərbə vurmaqda təqsirli bilinən Xəyal Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Xəyal Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 181-ci ( quldurluq) maddəsi ilə ittiham olunaraq dustaq həyatı yaşayan Xəyal Quliyev cəzaçəkmə müəssisəsinin idman zalında Cinayət Məcəlləsinin120-ci (adam öldürmə) maddəsi ilə təqsirli bilinərək həbs həyatı yaşayan Ələkbər Kasimova 3 yumruq zərbəsi vuraraq sonuncun sağlamlığına ağır zərbə vurub.
Hacı Zeynalov