10 Dekabr 2015 11:53
1 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə Bakıda “Fövqəladə hallar və təhlükəsiz həyat” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.

Teleqraf.com xəbər verir ki, konfransda fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə, AMEA-nın institutlarının direktorları, Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin akademiyalarının, Heydər Əliyev adına Ali Hərbi Məktəbin, həmçinin Rusiya, Belarus, Ukrayna, Qazaxıstanın Fövqəladə Hallar nazirliklərinin və müvafiq akademiyalarının nümayəndələri iştirak edirlər.

Konfrans öz işinə başlamazdan öncə "Günəşli" yatağında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə çıxış edərək nazirliyin ötən 10 il müddətində uğurlu fəaliyyətindən dsnışıb. Onun sözlərinə görə, bu müddət ərzində nazirliyin nümayəndələri müxtəlif beynəlxaq konfranslarda iştirak edib. 90-a yaxın nəzəri və tətbiqi konfrans keçirilib, 20-dək elmi məqalə Qazaxıstan, Rusiya və digər ölkə mətbuatında dərc edilib".

Tədbirdə çıxış edən akademik Vaqif Abbasov bildirib ki, FHN-in Azərbaycanda baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında müstəsna rolu var: "10 illiyini qeyd etdiymiz FHN həqiqətən də Azərbaycan üçün önəmli qurumdur. Biz "Günəşli" yatğında baş verən hadisədən sonra 27 nəfərin xilas olunmasında və digər hadisələr zamanı bunun bir daha şahidi olduq".

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər