Rusiyanın Kamçatka bölgəsində zəlzələ baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Kamçatka Seysmologiya İdarəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, 5,3 bal gücündə baş verən zəlzələnin episentri Kamçatkanın mərkəzindən 295 kilometr şimal-şərqdə olub. Hadisə zamanı dağıntı və tələfat qeydə alınmayıb.
Samir