19 Dekabr 2015 10:19
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada qaz sobasının üstünə yıxılan 67 yaşlı kişi yanaraq ölüb.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, dekabrın 18-i axşam saatlarında Anar Həmidov küçəsi, ev 25 ünvanında kişi meyiti aşkarlanması barədə təcilli tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə gedən həkim briqadası ev sahibi, 1948-ci il təvəllüdlü Bəkir Şampir oğlu Bəkirovu yanmış meyiti ilə qarşılaşıb.

Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, ilkin ehtimala əsasən B. Bəkirov huşunu itirməsi səbəbindən yanar qaz sobasının üstünə yıxılıb. Hadisə baş verən zaman evdə tək və köməksiz vəziyyətdə olan Bəkir Bəkirov yanıq xəsarətləri alaraq hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.


Müəllif: