24 Dekabr 2015 14:39
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mövcud qanunvericiliyə əsasən hər il Azərbaycan Respublikası Prezidenti tərəfindən pensiyaların sığorta hissəsinin və fərdi hesablara toplanan penisya kapitallarının indeksləşdirilməsi barədə qərar qəbul edilir”.

Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev pensiyaların artırılması məsləsinə münasibət bildirərkən deyib.

Elman Mehdiyev bildirib ki, bu, əmək pensiyaları haqqında qanunun müvafiq müddəası ilə tənzimlənən qanunvericilik normasıdır: “Qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən veriləcək sərəncama uyğun olaraq Dövlət Sosial Müdafiə Fondu addım atacaq. Avtomatlaşdırılmış rejimdə pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi, həm də fərdi hesablara toplanan pensiya kapitallarının artırılması reallaşdırılacaq”.

Fond sədri bildirib ki, hələlik hər şey öz axarı ilə gedir: “Qiymətlərin indeksi elan olunduqdan sonra Prezidentin tapşırığına uyğun olaraq indeksləşməni reallaşdıracağıq. Bunun üçün kifayət qədər vəsaitimiz var. Heç bir problem yoxdur”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər