28 Dekabr 2015 16:21
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram günlərində Azərbaycanda Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində işləyəcək.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, bu barədə daxili işlər naziri Ramil Usubov əmr imzalayıb. Əmrə görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 31-dən yanvarın 5-ə qədər dövlət yol polisi əməkdaşları xidmətlərini gücləndirilmiş iş rejimində davam etdirəcək.


Müəllif:

Oxşar xəbərlər