28 Dekabr 2015 17:54
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə beş min manat məbləğində birdəfəlik maddi yardım ayırıb.

SOCAR-ın mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları”ndakı 501 nömrəli və “Günəşli” yatağındakı 10 nömrəli özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə dövlət tərəfindən verilmiş 15 000 (on beş min) manat məbləğində maddi yardımlardan əlavə Dövlət Neft Şirkəti də işçilərin ailələrinə birdəfəlik maddi yardım ayırıb.


Şirkətin prezidenti dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları”ndakı 501 nömrəli və “Günəşli” yatağındakı 10 nömrəli özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə SOCAR tərəfindən 5 000 (beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi haqqında sənəd imzalayıb.


Müəllif:

Oxşar xəbərlər