2 Fevral 2016 15:56
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - “Çağrı mərkəzi”nə vətəndaşlar tərəfindən 13 455 müraciət daxil olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, müraciətlərin 95 faizi vətəndaşların əmək qanunvericiliyi, məşğulluq və sosial təminat məsələlərinə dair sorğularından ibarət olub və nazirliyin mütəxəssisləri tərəfindən hər bir sorğu ilə əlaqədar vətəndaşlara dolğun və əhatəli, qanunvericiliyin tələblərinə uyğun səviyyədə izahatlar verilib. 691 müraciətdə isə rəy və təkliflər, eləcə də araşdırılması lazım gələn məsələlər əksini tapdığından baxılaraq müvafiq tədbirlər görülməsi üçün müraciət vərəqəsi tərtib olunmaqla nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.

Ötən ay 142 - “Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 5 161-i (38,3%) sosial təminat, 2 887-i (21,4%) əmək qanunvericiliyi, 2 187-i (16,2%) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə ilə bağlı olub. Həmçinin 1 803 (13,4%) müraciətdə tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 1 417 (10,5%) müraciətdə isə məşğulluq məsələləri əksini tapıb.

Son günlərdə vətəndaşların 142 - “Çağrı mərkəzi” vasitəsilə nazirliyin informasiya sistemindən məlumat əldə edə bilməsinə də imkan yaradılıb. Belə ki, əlillik müayinəsinin nəticəsi barədə nazirliyin “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidməti ilə yanaşı, artıq 142 - “Çağrı mərkəzi” vasitəsilə də məlumat əldə etmək mümkündür. Bunun üçün “Çağrı mərkəzi”nə zəng edildikdən sonra sadəcə 0 düyməsini yığaraq, operatorun avtomatik yönləndirməsi əsasında şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini rəqəmlərlə daxil etmək kifayət edir.

Naibə QURBANOVA


Müəllif: