10 Fevral 2016 16:39
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda "Formula 1" yarışının keçirilməsi ilə əlaqədar olaraq su borularının dəyişdirilməsi məqsədilə fevralın 10-11-də İstiqlaliyyət küçəsinin Şeyx Şamil və Niyazi küçələri ilə kəsişmələri arasında qalan hissəsi nəqliyyatın hərəkətinə tamamilə bağlı olacaq.

Bu barədə "BakuBus" MMC-dən "Report"a daxil olan məlumatda bildirilir.

Qeyd edilib ki, bu küçələrlə gələn avtomobillər İstiqlaliyyət küçəsində sola tərəf hərəkət edə biləcək. "BakuBus"a məxsus 6 saylı marşrut avtobusları da müvəqqəti olaraq hərəkət istiqamətini dəyişəcək və Şəhidlər Xiyabanı istiqamətində hərəkətinə davam edəcək.


Müəllif:

Oxşar xəbərlər