AMEA-nın Gəncə Bölməsinin Türkiyəyə ezam olunmuş əməkdaşları Gəncə şəhərinin tarixinə dair sənədlər və Nizami Gəncəvinin əsərlərinin əlyazmalarını əldə edib.
Akademiyadan Teleqraf.com-a verilən məlumata görə, Türkiyənin bir neçə arxiv və kitabxanasında aparılan araşdırmalardan sonra Başbakanlık Osmanlı Dövlət Arxivindən Gəncə şəhərinin hərbi-siyasi və iqtisadi tarixinə aid 181 arxiv sənəd toplanaraq, Akademiyaya təhvil verilib.
Əsli Fransa Milli Kitabxanasında saxlanılan Nizami Gəncəvinin əsərlərinin 1365-ci ilə aid 649 ədəd əlyazması və “Xəmsə”yə həsr edilmiş 25 miniatürün surəti İstanbulun Süleymaniyyə Kitabxanasından Akademiyaya gətirilib. Araşdırmalar zamanı Qafqazın tarixinə aid çoxlu sayda əlyazma, miniatür və kitabların surəti də tapılıb.
Hazırda AMEA-ya daxil olan arxiv materiallarının üzərində elmi tədqiqat işləri aparılır.