18 Fevral 2016 02:55
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin paytaxtı Ankarada hərbçilərin yataqxanası yaxınlığında terror hadisəsi baş verib. Son məlumata görə, hərbi maşınların partlaması nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.

Musavat.com xəbər verir ki, qardaş ölkədə baş verən dəhşətli hadisəyə yerli məşhurlar biganə yanaşmayıb. Onlar sosial şəbəkədə Türkiyə xalqına başsağlığı veriblər.

Əməkdar artist Aybəniz Haşımova: "Ankarada baş verən terroru lənətləyirik. Canımız, Türkiyə. Biz sizinləyik".

ATV-nin Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu: "Böyük hədəfə gedən yolun ağrı-acısı da böyük olur. Amma o yol bizim yolumuzdur. Tanrı bizə yar olsun".

Əməkdar artist Röya: "Biz azərbaycanlılar sizinləyik. Siz də bizimlə olun. O zaman çox dağları aşarıq. Başsağlığımızı qəbul edin".

Teleaparıcı-aktrisa Aysel Nazim: "Yenə terror, yenə can itkisi. Türkiyəm, Ankara, başın sağ olsun. Terroru lənətləyirik".

Müğənni Zamiq Hüseynov: "Ankarada baş vermiş terror hadisəsində vəfat edənlərə Allah rəhmət eləsin. Acınız acımızdır".

Teleaparıcı Şəhriyar Əbilov: "Başın sağ olsun, böyük vətən. Terroru lənətləyirik".

Aktyor Fərda Xudaverdiyev: "Acınız acımızdır, Türkiyəm. Allah ölənlərə rəhmət eləsin".

Prodüser Tolik: "Allah Ankarada ölənlərə rəhmət eləsin. Türkiyənin acısı Azərbaycanın acısıdır. Terrora yox deyək, ermənilər də terrorçudur".


Müəllif:

Oxşar xəbərlər