Büdcə haqqında qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin komitə sədri Siyavuş Novruzov narazılığını dilə gətirib.
Teleqraf.com-un xəbərinə görə, büdcəyə dəyişikliklər haqqında məlumat verən dövlət rəsmilərinə təşəkkür edən deputat xatırladıb ki, büdcə müzakirəsi zamanı iqtisadi bloka daxil olan şəxslərdən heç kim yoxdur: “Bunun təhsili, sənayesi var. Bəlkə kiminsə sualı var. Mən hesab edirəm ki, bütün strukturların rəhbərləri, heç olmasa, onların müavinləri Milli Məclisin sessiyasında iştirak etməlidir. Nazirlər Kabinetinin 6 müavini var, amma onlardan biri də burada yoxdur. Hesab edirəm ki, belə tərz ölkə başçısının qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinə uyğun deyil. Oqtay müəllim, onlar bura dəvət olunmalıdır”.
Spiker isə deyib ki, onun narahatlığı müvafiq struktura çatdırılacaq: “Nazirlər Kabineti haqqında dediklərinizlə razıyam. Amma nazirlərin çoxu cənab prezidentlə İrana rəsmi səfərə gedib”.
Nemət