26 Fevral 2016 13:52
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzazadə Türkiyəyə səfəri zamanı terrorçular tərəfindən qətlə yetirilən şəhid Ömər Sayılının yas mərasimində iştirak edib.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşı olan Ömər Sayılın bir neçə gün əvvəl Türkiyənin Kahramanmaraş şəhərində terrorçulara qarşı mübarizə zamanı şəhid olub.

Yas mərasiminə qatılan deputatımız şəhid polis əməkdaşının babasına, atasına, dayılarına və əmisinə dərin hüznlə başsağlığı verib.

Nemət


Müəllif: