Martın 6-da Macarıstanın Baş naziri Viktor Orbanın ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Macarıstanın Xidmətlərə görə Komandan Xaçı” ordeni ilə təltif olunması mərasimi keçirilib.
Bu barədə Teleqraf.com AZƏRTAC-a istinadən xəbər verir.
Macarıstanın Baş naziri mərasimdə çıxış etdi.
Baş nazir Viktor Orban ordeni Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim etdi.
Birinci xanım Mehriban Əliyeva Baş nazir Viktor Orbana təşəkkürünü bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.