Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) hesabat-seçki konfransında qurumun prezidenti seçilib.
Teleqraf.com-un məlumatına görə, səsvermə yolu ilə keçirilən seçkidə AFFA-nın hazırki prezidenti Rövnəq Abdullayev növbəti 4 il müddətinə qurumun prezidenti seçilib.
Qeyd edək ki, R.Abdullayev 2008-ci ildən AFFA-nın prezidentidir. Hər dörd ildən bir AFFA prezidentliyinə seçkilər keçirilir.
Konfrans nümayəndələri prezident seçkisindən sonra AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibini də seçib. Komitədə assosiasiyanın prezidenti ilə yanaşı, daha 10 üzv yer alıb.
Peşəkar Futbol Liqası – 4 yer
1. Rauf Əliyev – AZAL PFK tərəfindən
2. Vaqif Sadıqov – «Sumqayıt» FK tərəfindən
3. Elşad Nəsirov – «Neftçi» PFK tərəfindən
4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən
Regional Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Kazbek Tuayev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. İsgəndər Cavadov – Şimal Regional Futbol Federasiyası tərəfindən
Sahə Futbol Federasiyaları – 2 yer
1. Mahir Məmmədov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən
İctimai Futbol Təşkilatları – 2 yer
1. Elmar Məmmədyarov – Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
2. Firudin Qurbanov – Futbol Hakimləri İctimai Birliyi tərəfindən