17 Mart 2016 16:27
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xəbəri eşidəndən özümü çox xoşbəxt hiss edirəm”. Bu sözləri bu gün əfv olunan jurnalist Pərviz Həşimlinin həyat yoldaşı İlahə Rüstəmli Teleqraf.com-a bildirib.

İlahə Rüstəmlinin sözlərinə görə, əfv xəbərinə evdə hər kəs sevinir: “Qızım məktəbdədir, indi gedirlər gətirməyə, hələ xəbəri yoxdur. Biləndə hamıdan çox o sevinəcək. Çünki atasının bayramda evimizə gəlməsini hamıdan çox o gözləyirdi”.

İlahə Rüstəmli qeyd edib ki, ailə Pərviz Həşimlinin əfvini dekabrda gözləyib: “Pərvizin əfv olunacağını dekabrda gözləyirdik. Bu dəfə özümüzdə ümid yaratmaq istəmirdik ki, əfvə düşməsə pis olmayaq. Pərviz əfv olundu, biz sevinirik...”

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər