18 Mart 2016 10:28
1 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 17-də Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamının icrası davam edir.

Musavat.com-un verdiyi məlumata görə, əfv siyahısında adı olan məşhur siyasilərdən biri də, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlıdır.

Müxbirimiz Cavanşir Abbaslının verdiyi xəbərə görə, partiya sədri bu gün səhər saatlarında Penitensiar xidmətin müalicə müəssisəsindən azadlığa buraxılıb. Onu ailəsi ilə yanaşı, bir çox təfədarı qarşılayıb, ayaqlarının altında qurban kəsiblər.

Partiya sədri azadlığa çıxdıqdan sonra həbsdə olarkən dünyasını dəyişmiş valideynlərinin Ramana qəbristanlığındakı qəbirlərini ziyarət edib.

Qeyd edək ki, Nemət Pənahlı 2011-ci ilin yanvarın 8-də, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Müəllif:

Oxşar xəbərlər