29 Mart 2016 17:55
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Binəqədi rayonunda yağan yağış nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması və vətəndaşların köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olub.

Teleqraf.com-un FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Xüsusi Riskli Xilastmə xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən evlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara müvafiq köməklik göstərilib. Əməliyyat saat 16:05-də başa çatıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər