ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik həmsədrlərin gələn həftə Avstriyanın paytaxtı Vyanada toplaşacaqlarını təsdiqləyib.
Teleqraf.com-un məlumatına görə, Ceyms Uorlik bu barədə "twitter" hesabında yazıb.
Görüş aprelin 4-də baş tutacaq.
Görüşdə Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində gərginliyin artması müzakirə olunacaq.
Bundan qabaq “RİA Novosti” topantının keçirləcəyi haqda məlumat yaymışdı.
Məlumatda deyilirdi ki, toplantıda Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi müzakirə olunacaq:
"Təmas xəttində gərginliyin davam etməsi və ATƏT-in münaqişənin həllində rolu nəzərə alınmaqla, gələn həftə müntəzəm məsləhətləşmələr çərçivəsində Dağlıq Qarabağ üzrə həmsədr ölkələr "üçlüyü" (Rusiya, ABŞ, Fransa) toplaşacaq.
Onlar Minsk Qrupu üzvlərinə yaranmış vəziyyət və həmsədrlərin bu həlli uzanan münaqişənin tezliklə həlli istiqamətində sonrakı addımları barədə məlumat verəcəklər".