4 Aprel 2016 15:57
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sülhün bərpasına aparan yol həmişə və hər yerdə dialoqdan keçir və bu dialoqa və kompromisə həmişə iki tərəfdən müvəffəq olmaq lazımdır”.

Bu fikri RF Dövlət Dumasının sədri Sergey Narışkin səsləndirib.

O qeyd edib ki, Rusiya bu çox mürəkkəb və ağır münaqişənin davam etdiyi müddətdə, o cümlədən Minsk qrupunda intensiv işlər görüb və görməkdə davam edir. Dövlət Dumasının sədri deyib: “Deməliyəm ki, Rusiya Cənubi Qafqazda sülhün bərpasında hər hansı başqa ölkədən daha çox maraqlıdır”.

S.Narışkin xatırladıb ki, Rusiya Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin rəhbərləri Azərbaycandakı və Ermənistandakı həmkarları ilə söhbətlər aparıblar, Rusiya Prezidenti müvafiq bəyanat verib. (Azərtac)


Müəllif:

Oxşar xəbərlər