4 Aprel 2016 17:48
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə Azərbaycan Ordusunun şəhid olmuş əsgəri 1996-cı il təvəllüdlü Nürəddin Etimad oğlu Mirzəyev bu gün doğulduğu Yardımlı rayonunun Honuba kəndində dəfn edilib.

Modern.az xəbər verir ki, dəfn mərasimində Yardımlı rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, kənd sakinləri iştirak ediblər. Şəhid yayılım atəşindən sonra torpağa tapşırılıb, Azərbaycanın bayrağı onun atasına təqdim edilib.


Müəllif:

Oxşar xəbərlər