7 Aprel 2016 14:48
1 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Əkrəm Əylislinin başqa yerə getməməsi barədə qəti imkan tədbiri seçilib.

Bu haqda Teleqraf.com-a Əkrəm Əylislinin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, Əkrəm Əylislinin barəsində istintaq orqanı başqa yerə getməməklə bağlı qəti imkan tədbiri seçib. Onun sözlərinə görə, istintaq dövründə yazıçı Bakı şəhərindən kənara çıxa bilməz.

Açılmış cinayət işinin istintaqını Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsi aparır.

Yazıçıya Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. İttihama görə, Əkrəm Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüşlər söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, 1981-ci il təvəllüdlü Nihal Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub.

Əkrəm Əylisi aprelin 6-da istintaqa verdiyi ifadəsində ittihamları qəbul etməyib.

Hacı Zeynalov


Müəllif: