Bu gün Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycana rəsmi səfərə gəlib.
Teleqraf.com-un məlumatına görə, səfər çərçivəsində onun Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.
D.Medvedevi Rusiya baş nazirinin müavini Dmitri Roqozin və digər rəsmi şəxslər müşayiət edirlər.