8 Aprel 2016 16:55
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror Zakir Qaralov Ucar rayon prokurorluğunun inzibati binasında vətəndaşları qəbul edəcək.

Baş Prokurorluqdan Teleqraf.com-a verilən məlumata görə, görüş aprelin 15-də, saat 11:00-da baş tutacaq.

Baş prokuror həmin gün Mingəçevir şəhəri, Ucar, Yevlax, Ağdaş, Bərdə və Zərdab rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ucar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər