Ermənistan prezidenti Serj Sərkisyandan sonra qondarma Dağlıq Qarabağ respublikası müdafiə nazirinin müavini David Tonoyan separatçıların silahlarının köhnə olduğunu etiraf edib.
Teleqraf.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Tonoyan "Azadlıq" radiosunun erməni xidmətinə açıqlamasında Sərkisyanın "Azərbaycan modern siklahlarla vuruşur" fikirlərini təsdiqləyərək separatçıların silahlarının 80-ci illərə aid olduğunu bildirib: "Silah bazarı Ermənistanın üzünə açıqdır, amma ABŞ və Avropa Birliyi ölkələri həm Ermənistan, həm də Azərbaycana silah satışınına məhdudiyyət qoyublar. Münaqişəli ərazilərə isə silah satılmır. Amma biz 80-ci illərə məxsus silahlarla döyüşürük".
Ayxan