Rusiyanın Su-24 qırıcısının ABŞ-a məxsus hərbi gəmi üzərində manevr etməsi iki ölkə arasında gərginlik yaradıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı ABŞ dövlət katibi Con Kerri danışıb. O bildirib ki, məsələni Rusiya xarici işlər naziri Sergey lavrovla müzakirə etmək niyyətindədir:
"Başa düşmək lazımdır ki, bu ciddi məsələdir və ABŞ buna icazə verməyəcək. Bu, ağılsız bir addımdır. Həmin anda krayserin qırıcını vurmaq haqqı var idi. Biz Rusiya tərəfi ilə məsələni müzakirə edəcəyik və güman edirik ki, bu hadisə bir daha təkrarlanmayacaq.
Kerri bu hadisəni son vaxtlar baş verən ən aqressiv akt kimi qiymətləndirib.
Qeyd edək ki, məlum hadisə zamanı rus qırıcıları ABŞ-ın raketdaşıyan gəmisi üzərində manevr etmişdi.
Samir