18 Aprel 2016 16:03
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin ilk üç ayı ərzində büdcə öhdəliyinə artıqlaması ilə əməl olunub.

Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən bildirilib.

DGK bildirir ki, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Qanununa əsasən Dövlət Gömrük Komitəsi üçün cari ilə 1 milyard 810 milyon manat büdcə proqnozu müəyyənləşdirilib. Mövcud qaydalara görə, hər il DGK üçün proqnozlaşdırılan büdcə öhdəliyi Azərbaycan Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla aylar üzrə bölgü qrafiki təsdiqlənir.

Bölgüyə əsasən isə birinci rüb üzrə müəyyən olunan 363 milyon 260 min manat məbləğdə proqnoz faktiki olaraq 416 milyon 916 min manat həcmində yerinə yetirilməklə, büdcə öhdəliyinə birinci rübdə 114,77 faiz əməl olunub.


Müəllif:

Oxşar xəbərlər