Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümə səbəb olan ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Vahid Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Əlisultan Osmanovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Vahid Quliyev barəsində seçilən heç yerə getməməklə bağlı qətimkan tədbiri dəyişdirilərək, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O , məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi keçən il Quba rayon ərazində baş verib. Rayon sakini Vahid Quliyevin idarə etdiyi "Hovo" və Tərtər rayon sakini Fariz Həsənovun idarə etdiyi "Ford" markalı avtomobillər toqquşub.
F.Həsənov və sərnişini, Neftçala rayon sakini Nəsib Məmmədov hadisə yerində ölüblər.
Vahid Quliyevə Cinayət Məcəlləsinin 263( ölünlə nəticələn yol-nəqliyyat hadisəsi) maddəsi ilə ittiham verilib. İstintaq dövründə Vahid Quliyev barəsində həbs qətimkan tədbiri seçilməyib.
Hacı Zeynalov