Bakı Şəhəri üzrə Təhsil İdarəsi aprelin 20-də paytaxtın 20 nömrəli məktəb-liseyinin iki şagirdinin itməsi barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirib.
İdarənin sektor müdiri Arzu Tairquliyeva Trend-ə bildirib ki, həmin şagirdlərin 63 saylı avtobusun bağlamasından məlumatlı olmadıqları üçün çaşqınlıq yaşayıblar: "Məktəbdən çıxdıqdan sonra (12:40) bir müddət gözləyən şagirdlər avtobusun gəlmədiyini görüncə bilmədikləri avtobusdan istifadə edərək yolu azıblar. Amma xoşbəxtlikdən heç bir problem yaşanmadan yolu azdıqları yerdən valideynləri ilə əlaqə saxlayaraq evlərinə gediblər (19:30). Hazırda şagirdlər dərsdədirlər".