21 Aprel 2016 18:43
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında Sərəncamı imzalayıb.

Sərəncamda deyilir:

Ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Hər il aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd edilsin.


Müəllif:

Oxşar xəbərlər